...

Azərbaycanın sənaye zonalarına investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 1 Fevral 2023 17:16 (UTC +04:00)
Azərbaycanın sənaye zonalarına investisiyaların həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə 28 sahibkarlıq subyekti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında rezident statusu əldə edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Sənaye zonalarında qeydiyyatdan keçmiş rezidentlərin ümumilikdə 171 milyon manat həcmində investisiya yatıracağı və 2 400-dən çox iş yeri açacağı gözlənilir", - o deyib.

O həmçinin, rezidentlərin 12-nin Ağdam Sənaye Parkında, ikisinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında, 8-nin Sumqayıt Kimya Sənaye Parkında, 1-nin Pirallahı Sənaye Parkında, 3-nün Hacıqabul Sənaye Məhəlləsində, 1-nin Masallı Sənaye Məhəlləsində, 1-nin isə Sabirabad Sənaye Məhəlləsində rezident qismində qeydiyyatdan keçdiyini qeyd edib.

"Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq təqribən 460 milyon manat həcmində investisiya qoyulması və 4 500-dən çox yeni iş yerinin açılması planlaşdırılır", - o deyib.

Xatırladaq ki, bu günədək 116 sahibkarlıq subyekti rezident statusu alıb və onlardan 65-i artıq istehsalat fəaliyyətinə başlayıb. İnvestisiyaların ümumi həcmi təqribən 7 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti