...

Energetika naziri TAP şirkətinin icraçı direktoru ilə görüşüb

İqtisadiyyat Materials 2 Fevral 2023 17:17 (UTC +04:00)
Energetika naziri TAP şirkətinin icraçı direktoru ilə görüşüb

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepattini qəbul edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbə olduğunu vurğulayan Luka Skyepatti İtaliyanın qaz istehlakının 15%-nin TAP vasitəsilə təmin edildiyini bildirib.

Görüşdə TAP-ın boru kəmərinin ötürmə gücünün mərhələli şəkildə illik 20 milyard kubmetrə çatdırılması üçün aparılan bazar sınaqlarının gedişatı nəzərdən keçirilib. Bildirilib ki, bazar sınağının birinci mərhələsinin nəticələrinə uyğun olaraq 2026-cı ildən ildə 1,2 milyard kubmetr əlavə qazın tədarükü mümkün olacaq. Bazar sınağının ikinci mərhələsi isə 2023-cü ilin ikinci yarısına planlaşdırılır.

Söhbət zamanı hidrogenin nəqli perspektivləri və “TAP AG” konsorsiumunun bu istiqamətdə fəaliyyəti də nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti