...

Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin sosial öhdəlikləri azaldılıb

İqtisadiyyat Materials 3 Fevral 2023 11:54 (UTC +04:00)
Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin sosial öhdəlikləri azaldılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən biri də fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, dəyişikliyə qədər bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulurdu.

Bu fəaliyyətlə məşğul olan sahibkarların sosial öhdəliklərinin yüngülləşdirilməsi məqsədilə “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla minimum aylıq əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyəcəklər. Bu zaman həmin fiziki şəxslər rüblük vahid bəyannamə təqdim etmək öhdəliyindən azaddırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti