...

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin fəaliyyətə baslayacağı tarix açıqlanıb

İqtisadiyyat Materials 6 Fevral 2023 12:10 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin fəaliyyətə baslayacağı tarix açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing İndustry” QSC-nin Qablaşdırma məhsullarının (qofro karton, fayl və s.) istehsalı müəssisəsində son tamamlama işləri görülür.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, müəssisənin investisiya dəyəri 4,25 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 4,1 milyon manat sərmayə qoyulub və işlərin təxminən 80 faizi tamamlanıb.

İtaliya, Çin və Tayvan texnologiyalarının tətbiq olunacağı müəssisədə 20 çeşiddə məhsul istehsal ediləcək. Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “UPI - Universal Packing İndustry” QSC-yə 2019-cu ilin sentyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti