...

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İqtisadiyyat Materials 24 Fevral 2023 10:07 (UTC +04:00)
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir fevralın 25-də Azərbaycana səfər edəcək.

Trend bu barədə banka istinadən xəbər verir.

İİB-in məlumatına görə, səfər martın 3-dək davam edəcək.

"Strateji səfər İİB və Azərbaycan arasında əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini genişləndirmək və ölkədə sosial-iqtisadi inkişafa səbəb olan tədbirləri təşviq etmək məqsədi daşıyır", - bankın məlumatında deyilir.

İİB prezidenti eyni zamanda ölkədə İİB qrupu tərəfindən maliyyələşdirilən bir sıra layihələrin effektiv şəkildə reallaşdırıldığından şəxsən əmin olmaq üçün onları nəzərdən keçirəcək.

İİB qrupu Azərbaycanla davamlı əlaqələrə malikdir və ölkənin sosial-iqtisadi inkişafına köməklik göstərməyə çalışır. Qrup Azərbaycanda ümumi məbləği 1,2 milyon dollar dəyərində olan layihələrin maliyyələşdirilməsini təsdiqləyib. Portfelə 956 milyon dollar İİB tərəfindən maliyyələşdirmə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) tərəfindən təsdiqlənmiş 120,2 milyon dollar, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) tərəfindən ticarət əməliyyatları üzrə 83,4 milyon dollar və İİB qrupunun digər fond və əməliyyatları üzrə 19,4 milyon dollar daxildir. Bundan başqa İslam İnvestisiya və İxrac Kredit Sığorta Korporasiyası (ICIEC) biznesin sığortalanması üçün 92,5 milyon dollar və yeni sığorta öhdəlikləri qismində 75,5 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti