...

Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub

İqtisadiyyat Materials 13 Mart 2023 17:04 (UTC +04:00)
Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub

Bakı. Trend:

Sosial sığorta daxilolmaları proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla 993,5 mln. manat təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747,3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti