...

Gürcüstanla sərhəd məntəqələrində infrastrukturun yaxşılaşdırılması işləri aparılacaq - Şahin Bağırov

İqtisadiyyat Materials 17 Mart 2023 15:04 (UTC +04:00)
Gürcüstanla sərhəd məntəqələrində infrastrukturun yaxşılaşdırılması işləri aparılacaq - Şahin Bağırov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Xaçmaz. Trend:

Azərbaycanın Gürcüstanla sərhəd məntəqələrində infrastruktur imkanlarının yaxşılaşdırılması üzrə işlər aparılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycanın Rusiya ilə sərhədində "Xanoba" gömrük postunun açılış mərasiminin kuluarlarında jurnlistlərə deyib.

Onun sözlərinə görə, bu gün "Xanoba" sərhəd-keçid məntəqəsinin yenidənqurmadan sonra işə salınması baş tutub və məntəqə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək.

"Azərbaycanın bütün, o cümlədən, Gürcüstanla sərhəd məntəqələrində də analoji işlər aparılacaq", - o deyib.

Şahin Bağırov, həmçinin, Azərbaycan-Gürcüstan sərhədində yenidənqurma işlərinin layihələndirilməsi üzrə işlərin artıq aparıldığını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti