...

Mərkəzi Bankın yeni binasının tikintisi şöbəsinə direktor təyin edilib

İqtisadiyyat Materials 12 Aprel 2023 14:59 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni kadr təyinatı olub.

Trend çərşənbə günü tənzimləyiciyə istinadən xəbər verir ki, Ceyhun Səməndov AMB-nin yeni binasının tikintisi şöbəsinin direktoru təyin edilib.

Qeyd edək ki, bu barədə sərəncamı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

Xatırladaq ki, AMB-nin yeni binasının tikintisi şöbəsi 2022-ci ilin avqust ayında yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti