...

Çin limanı ilə saziş Azərbaycan ərazisinə yeni yüklərin cəlbinə imkan verəcək - Taleh Ziyadov

İqtisadiyyat Materials 17 Aprel 2023 12:33 (UTC +04:00)
Çin limanı ilə saziş Azərbaycan ərazisinə yeni yüklərin cəlbinə imkan verəcək - Taleh Ziyadov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı limanı ilə Çinin Qinqdao limanı arasında saziş Çin, Cənubi Koreya və digər Şərq ölkələrindən Avropaya daşınmaq üçün Azərbaycana yüklər cəlb etməyə imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı limanının baş direktoru Taleh Ziyadov Bakı limanı ilə Çinin Qinqdao limanı arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbirdə deyib.

"Qinqdao limanında demək olar ki, bütün əməliyyat işləri avtomatlaşdırılmış qaydada yerinə yetirilir, "yaşıl" və təmiz texnologiyalar tətbiq olunur. Düşünürəm ki, əməkdaşlığımız o cümlədən Bakı limanına yeni texnologiyalar cəlb etməyə imkan verəcək", - o deyib.

Taleh Ziyadov son beş il ərzində Azərbaycanın Şərqdən Qərbə və əks istiqamətdə yüklərin aşırılması sahəsində böyük uğur qazandığını bildirib.

"Limanımızın cografi mövqeyi böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, məsələn 1000 km radiusda bu, 140 milyon nəfər əhalinin əhatə olunmasıdır. Logistika baxımından gələcəkdə bu yüklərin böyük bir qisminin Bakı limanına gələcəyini gözləyirik", - o deyib.

Orta Dəhlizdən bəhs edən T.Ziyadov Azərbaycanın inkişafı üçün yeni imkanların açıldığını qeyd edib.

"Çin hökuməti və şirkətləri bundan aktiv şəkildə yararlanır və əminik ki, gələcəkdə istər Şərqdən Qərbə, istərsə də əks istiqamətdə yük axını artacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti