...

Azərbaycan və Rusiya qida məhsullarının tədarükünün genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 29 Aprel 2023 10:19 (UTC +04:00)
Azərbaycan və Rusiya qida məhsullarının tədarükünün genişləndirilməsini müzakirə ediblər
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvertlə telefon danışığı aparıb.

Trend Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (Rosselxoznadzor) istinadən xəbər verir ki, söhbət zamanı tərəflər iki ölkə arasında kommersiya əlaqələrinin getdikcə inkişaf etdiyini qeyd ediblər.

"Bu il Rusiya Azərbaycana canlı heyvan, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb. Azərbaycan Rusiya üçün ən böyük meyvə və tərəvəz ixracatçılarından biri olaraq qalmaqdadır. Rusiyaya bitki məhsullarının fasiləsiz tədarükünün təmin olunması üçün hazırda "Xudat" habının nəqliyyat-logistika ərazisində karantin fitosanitar nəzarətin optimallaşdırılması imkanı işlənilir",- xidmətdən verilən məlumatda deyilir.

Qeyd olunub ki, 2023-cü il yanavrın 1-dən Azərbaycanda "Qida təhlükəsizliyi haqqında" Qanun qüvvəyə minib. Üçüncü ölkələrin Azərbaycan bazarına çıxış qaydası bu qanunla tənzimlənir.

"Azərbaycanla ticarətdə maraqlı olan rus şirkətlərində təftiş aparılma qaydası müzakirə olunub", - məlumatda deyilir.

Bundan başqa, tərəflər müxtəlif növ heyvandarlıq məhsulları, o cümlədən balıq yemi istehsal edən Azərbaycan şirkətləri üçün ixrac imkanlarının genişləndirilməsi məsələsinə toxunublar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti