...

Sahibkarlıqla bağlı qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib

İqtisadiyyat Materials 4 May 2023 13:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, qanuna dəyişikliklər bir sıra yenilikləri özündə ehtiva edir.

Belə ki, qanuna əlavə edilən yeni maddələrlə sahibkarlıq sahəsində yoxlama obyektinin dəqiq siyahısı, sahibkarlıq sahəsində yoxlama zamanı sahibkarın hüquqları, sahibkarlıq sahəsində yoxlayıcıya dair tələblər, yoxlayıcının hüquq və səlahiyyətləri və digər məsələlər müəyyən edilir.

Sənəddə qeyd edilir ki, dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti