...

Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzrə investisiya kataloqu hazırlanıb - Yusif Abdullayev

İqtisadiyyat Materials 22 May 2023 15:28 (UTC +04:00)
Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzrə investisiya kataloqu hazırlanıb - Yusif Abdullayev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vilnüs. Trend:

Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzrə investisiya kataloqu hazırlanacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Azərbaycan-Litva biznes forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, kataloq artıq Litva tərəfindən baxılması və tanışlıq üçün göndərilib.

"Kataloqda şərab zavodunun, su elektrik stansiyalarının və s. tikintisi üzrə layihələr var. Hesab edirəm ki, bu cür forumların keçirilməsi ortaq təmas və əməkdaşlıq nöqtələri tapmağa imkan verəcək", - o deyib.

Y.Abdullayevin qeyd etdiyinə görə, Azərbaycan-Litva biznes forumuna Azərbaycan tərəfi 35 şirkət cəlb edib ki, bunlar da əsasən sənaye, tibb, kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərən şirkətlər, hipermarketlər şəbəkəsi, həmçinin 10-a yaxın dövlət strukturundan ibarətdir.

"Bizim burada keçirdiyimiz görüşlər ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına şərait yaradır. Həmçinin biznes missiyasını SOCAR, Azərbaycan Sənaye Korporasiyası kimi məhsullarını Litva bazarına çıxarmaqda maraqlı olan korporasiyalar da ziyarət edib", - o deyib.

Y.Abdullayevin sözlərinə görə, Azərbaycan Litvaya sənaye məhsullarının ixracını artırmağı hədəfləyir.

"Baxmayaraq ki, ənənəvi olaraq kənd təsərrüfatı məhsulları ixrac edirik, sənaye məhsulları ixracının artırılması üzrə də işlər görülür", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti