Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə 23 may tarixində bu ölkəyə səfər edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.