...

"Silk Way West Airlines" IATA CEIV Lithium Batteries sertifikatına layiq görülüb

İqtisadiyyat Materials 24 May 2023 16:48 (UTC +04:00)

Bakı. Trend:

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan Silk Way West Airlines, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən CEIV Lithium Batteries sertifikatına layiq görülüb.

Silk Way West Airlines öz səhəsi üzrə qabaqcıl sıralarda olaraq, əməliyyatlarının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirir. CEIV Lithium Batteries Sertifikasiyası aviaşirkətin imkanlarını daha da artıracaq, və müştəri və tərəfdaşlarının etibarını gücləndirəcək. Bu sertifikat Silk Way West Airlines-ın müvafiq risklərinin azaldılması üçün tələb olunan proses və təcrübələri həyata keçirdiyini və ən mütləq şərtlərə uyğun olduğunu təsdiqləyir.

CEIV Lithium Batteries sertifikatı, litium batareyalarının bütün təchizat zəncirində təhlükəsiz idarə olunmasını təmin etmək üçün IATA tərəfindən tərtib olunmuş qlobal standartdır. IATA-nın əsas məqsədi bütün təşkilatların ardıcıl və obyektiv şəkildə dəyərləndirilməsini təmin etmək, və bunun üçün həyata keçirilən qiymətləndirmələrin həcm və keyfiyyətində standartlaşmaya nail olmaqdır.

Silk Way West Airlines şirkətinin Korporativ Keyfiyyət Təminatı və Nəzarəti üzrə Vitse-Prezidenti Darko Vuçiç deyib: “Komandamız sertifikatlaşdırmanın bütün mərhələlərini uğurla başa vurdu və bu gün qürurla deyə bilərik ki, IATA Silk Way West Airlines-ın litium batareyalarının daşınması proqramını tanıyır. Biz IATA-nın DGR təlimatı haqqında biliklərimizi təkmilləşdirdik, litium batareyalarının təhlükəsiz daşınması və idarə olunması ilə bağlı ən son standartlara və təcrübələrə yiyələndik. Gələcəkdə risklərin dəyərləndirilməsini inkişaf etdirməklə təhlükəsizlik göstəricilərini təkmilləşdirə biləcəyik. Bu sertifikatın üstünlüyü, litium batareyalarının daşınması ilə bağlı prosedurun təkmilləşdirilməsi ilə yanaşı tətbiq olunan ən yüksək standartlara riayət etməyimizdir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti