...

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib

İqtisadiyyat Materials 5 İyun 2023 14:26 (UTC +04:00)
Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin edib.

Bazar ertəsi Trend-ə bankdan verilən məlumata görə, regional menecer öhdəlikləri iyulun 1-dən Ştefani Ştalmaysterə ötürüləcək.

Bundan əvvəl Ştalmayster Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean regionunda əməliyyatlar üzrə meneceri vəzifəsini tuturdu.

Dünya Bankının Bakıda regional meneceri olan Sara Maykl isə öz növbəsində fəaliyyətinə bankın Vaşinqtondakı baş ofisiində Yaxın Şərq və Şimali Afrika regionu üzrə səlahiyyətli şəxsi qismində davam edəcək.

Xatırladaq ki, S.Maykl 2020-ci ildə Dünya Bankının Azərbaycan üzrə rəhbəri vəzifəsinə təyin edilmişdi.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti