...

Energetika naziri Astana Beynəlxalq Forumunda iştirak edəcək

İqtisadiyyat Materials 7 İyun 2023 16:11 (UTC +04:00)
Energetika naziri Astana Beynəlxalq Forumunda iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində Pərviz Şahbazovun “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti