...

Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə əmtəə dövriyyəsi 38% artıb - Əli Əsədov

İqtisadiyyat Materials 8 İyun 2023 17:22 (UTC +04:00)
Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə əmtəə dövriyyəsi 38% artıb - Əli Əsədov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə əmtəə dövriyyəsi 2023-cü ilin ilk dörd ayı ərzində 38 faiz artıb.

Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçirilən iclasında deyib.

"Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar olub. Avrasiya İqtisadi Birliyi ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu ilin ilk 4 ayı ərzində əmtəə dövriyyəsindəki artım 38 faiz olub", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Avrasiya İqtisadi Birliyindən olan tərəfdaşlarla qarşılıqlı tədarüklərin diversifikasiyası üzərində çalışaraq ticari-iqtisadi əməkdaşlığın yeni sahələrini axtarmağa səy göstərir.

Ə.Əsədov investisiyalar üzrə qarşılıqlı fəaliyyətin dinamikasının müsbət olduğunu qeyd edib.

"Azərbaycanda çox əlverişli investisiya mühiti var. Biz xarici investorun özünü rahat hiss etməsi üçün əlverişli şərait yaratmışıq. Ələt Azad İqtisadi Zonası xarici investisiyalar üçün açıqdır. Bütünlükdə iqtisadi və investisiya sahəsində qarşılıqlı fəaliyyət perspektivlərinə optimizmlə baxırıq və bundan sonra da birgə fəaliyyətə hazırıq", - deyə Baş nazir əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti