Bakı. Trend:
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, may ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 11.5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır.
İllik ərzaq inflyasiyası 12.7%-ə enib.