Bakı. Trend:
Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbi ilə imzalanan Taxıl Dəhlizi Sazişinin müddəti 17 iyul tarixində bitəcək.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyinin açıqlamasında bildirilib.
Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.
Əlavə olaraq qeyd edək ki, Türkiyənin “taxıl dəhlizi” vasitəsilə bu günə qədər Ukrayna limanlarından 30 milyon ton taxıl ixrac edilib.