...

Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb

İqtisadiyyat Materials 23 Avqust 2023 14:22 (UTC +04:00)
Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi arasında birgə fındıq yetişdirilməsinə dair memorandum imzalanıb.

Trend xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya dövlət səfəri çərçivəsində Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov "Agrarco" şirkətinin direktoru Cavid Kazımovla görüşüb.

Görüşün məqsədi fındıq yetişdirilməsi, emalı və bütünlükdə bağçılığın inkişafı üzrə təcrübə ilə tanışlıqdan ibarət olub.

Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tərəflər, həmçinin, kənd təsərrüfatı sahəsində Özbəkistan-Azərbaycan əlaqələrinin təşviqi və inkişafına dair məsələləri müzakirə ediblər.

Bununla yanaşı, görüş çərçivəsində təcrübə mübadiləsi və fındıq yetişdirilməsi üzrə təlim almaları üçün Azərbaycana mütəxəssis göndərilməsi ilə bağlı perspektivlər nəzərdən keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dünya bazarına 106,3 milyon ABŞ dolları dəyərində fındıq çıxarıb ki, bu da 2021-ci ilin göstəricisndən 2,5 milyon dollar və ya 2,3 faiz azdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti