...

‘’ADY Konteyner’’ biznes müştərilər üçün alternativ transkontinental marşrut təqdim edir

İqtisadiyyat Materials 24 Avqust 2023 10:34 (UTC +04:00)
‘’ADY Konteyner’’ biznes müştərilər üçün alternativ transkontinental marşrut təqdim edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan təmir-bərpa işləri yekunlaşanadək yeni dəmiryolu-dəniz əlaqəsi təchizat zəncirinin bütövlüyünü təmin edəcək.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları’" QSC -dən məlumat verilib.

‘’Azərbaycan Dəmir Yolları’’ QSC -nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını təmin etmək məqsədilə biznes müştərilərəalternativ marşrut təqdim edir.

Belə ki, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq.Limanlardakonteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yükQazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradanda dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiylarınagöndəriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti