...

"Moody`s" "Xalq Bank"ın reytinqini yenilədi

İqtisadiyyat Materials 7 Sentyabr 2023 14:32 (UTC +04:00)
"Moody`s" "Xalq Bank"ın reytinqini yenilədi

Bakı. Trend:

"Moody’s Investors Service" beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin 2022-ci il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək, bankın reytinqlərini təsdiqləyib. Agentlik "Xalq Bank"ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində saxlayıb və həmin reytinq üzrə proqnozu “Stabil” olaraq qiymətləndirib. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments) B2 səviyyəsində təsdiqlənib.

"Xalq Bank" "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin, müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti