...

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolçuları birgə müəssisə yaratdılar

İqtisadiyyat Materials 26 Oktyabr 2023 16:54 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolçuları birgə müəssisə yaratdılar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 26-da Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

Trend bu barədə ADY-yə istinadən xəbər verir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər.

"Middle Corridor Multimodal Ltd." adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır.

Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin – Avropa/Türkiyə – Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti