...

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Budapeştdə keçiriləcək

İqtisadiyyat Materials 20 Noyabr 2023 12:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 21-də Macarıstanın Budapeşt şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 5-ci iclası keçiriləcək.

Trend xəbər verir ki, Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda nazirlərin 4-cü iclasında qəbul olunmuş məsələlər üzrə görülən işlər, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində yerinə yetirilən tədbirlərin cari vəziyyəti və layihə üzrə qarşıda duran vəzifələrin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti