...

Əmək pensiyasının yenidən hesablanması qaydası müəyyənləşdi

İqtisadiyyat Materials 22 Noyabr 2023 12:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sözügedən dəyişikliyə əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- əmək pensiyası minimum məbləğə çatdırılır;

- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

- əmək pensiyası indeksləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti