...

Naxçıvana dəmir yolu və avtomobil yolunun tikintisi böyük əhəmiyyət kəsb edir (VİDEOMÜSAHİBƏ)

İqtisadiyyat Materials 24 Noyabr 2023 21:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilanda, Ağbənddə Araz üzərindən körpülər tikilərək İran ərazisinə keçmək, oradan da Naxçıvana quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Yeni körpü tranzit yükdaşımaların inkişafına da geniş imkanlar yaradacaq.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, qeyd olunan layihələr regionda həmin sahədə tranzit potensialını artıracaq.

"Nəzərə alsaq ki, üzü Azərbaycan tərəfə istər Şimal-Cənub, istərsə də Şərq-Qərb istiqamətindən gələn yük axını davam edir. Biz bu dinamikanı müşahidə edirik. Bunun obyektiv və subyektiv səbəbləri var", - deyə o, əlavə edib.

Ekspert vurğulayıb ki, tranzit artdıqca onun risqləri də artır.

"Bir istiqamətdən asılılıq hər hansı bir səbəbdən tıxanma və yüklənmə ola bilər. Bu da gecikməyə səbəb ola bilər. Belə hallar alternativ yolların və dəhlizlərin yaradılmasını gündəmə gətirir. Ona görə də qeyd olunan avtomobil və dəmiryolu elementi müstəsna əhəmiyyət kəsb edir. Bununla yanaşı, Naxşıvanı da blokadadan çıxardacaq", - deyə R. Ağamirzəyev qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti