...

Bələdiyyələr nə qədər gəlir əldə edib?

İqtisadiyyat Materials 30 Noyabr 2023 11:49 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə üzrə bələdiyyə büdcələrinin gəlirləri 2022-ci ilin yekunlarına görə 47.4 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O qeyd edib ki, 2020-2022-ci illərdə bələdiyyələrin ümumi büdcə gəlirləri 2019-cu illə müqayisədə 12.4 milyon manat (35%), yerli vergilərdən daxilolmalar isə 6 milyon manat (43%) artıb.

R.Məmmədovun sözlərinə görə, Bakı bələdiyyələri üzrə isə son iki ildə büdcə gəlirləri 58%, yerli vergilərdən daxilolmalar isə 73% artıb.

Qeyd edək ki, Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti