Bakı. Trend:
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, hər iki ölkənin dəmiryolu sahəsində həyata keçirilən yeniliklər müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
ADY-dən Trend-ə bildirilib ki,ADY sədri Rövşən Rüstəmov
ölkəmizin genişlənməkdə olan nəqliyyat-logistika imkanları,
beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı, dəmiryolu
nəqliyyatı ilə yük daşımaların artırılması istiqamətində atıla
biləcək addımlardan söhbət açıb. O qeyd edib ki, cari ildə Çin ilə
Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük
dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub. Belə ki,
idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549 %,
ixrac daşımalarda isə 331 % artım qeydə alınıb. Ümumilikdə isə ötən
ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu
nəqliyyatı ilə yük daşımaları 47 % artıb.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha
sürətlə və təhlükəsiz daşımaları, o cümlədən əlavə yüklərin cəlb
olunması istiqamətində məhsuldar müzakirələr aparılıb. Belə ki, hər
iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ
yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının
gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə
prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər
sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki,
Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların
məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi
qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal
daşımalar üzrə tələblər qarşılanmış və tranzitin artırılmasına
imkan yaradılıb.
ADY-də yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək məqsədilə marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün ADY Smart proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi məsqədilə tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.