...

Noyabrda ölkədə gündəlik xam neft hasilatının həcmi açıqlandı

İqtisadiyyat Materials 14 Dekabr 2023 11:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrda ölkədə gündəlik xam neft hasilatı 492 min barrel olub.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barrel olub. Bunun 492 min barrelini xam neft, 117 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Xəbər lenti

Xəbər lenti