Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 38 min 286 ton ət idxal edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 78 milyon 555 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 62 ton (0,2 %) azdır, dəyər baxımından isə 6 milyon 354 min ABŞ dolları (8,8 %) çoxdur.
11 ay ərzində ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.