...

56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

İqtisadiyyat Materials 22 Yanvar 2024 11:03 (UTC +04:00)
56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür.

Trend xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1.336 daimi iş yeri yaradılıb.

Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manatı) ixracın payına düşür", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti