...

Tranzit yükdaşımaları son illər ərzində ARTIB

İqtisadiyyat Materials 1 Fevral 2024 10:13 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2003-cü ildə ildə ölkəmizdən avtomobil nəqliyyatı ilə 59 milyon 100 min ton həcmində yük daşınıbsa, 2023-cü ildə bu rəqəm 134 milyon 200 min ton olub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən daşıyıcıların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin edilib. Bununla da, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabədə daha dayanıqlı olmaları təmin edilib.

Bütün ikitərəfli daşıma istiqamətləri üzrə milli daşıyıcıların bazar payı artmışdır. 2022-ci il ilə müqayisədə 45.91%-dən (101843), 2023-cü ildə 52.77%-ə (135441) qalxıb.

Beynəlxalq daşımalarda iştirak edən yerli avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artaraq 12 min 700-ü keçib. Eyni zamanda beynəlxalq daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə ölkəmiz üzərindən aparılan tranzit yükdaşımaları son illər ərzində 6 dəfə artaraq 4,4 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti