Bakı. Trend:
Financial Chain Corporation (Çexiya) “şəxsi sağlamlıq portfeli” (və “Şəxsi Sağlamlıq biznes seqmenti”) üçün Philips (Çexiya) ilə xidmət müqaviləsi imzaladı.
Bu müqaviləyə əsasən şirkət Çexiya, Azərbaycan, Gürcüstan, Özbəkistan və Qazaxıstan da daxil olmaqla Financial Chain Corporation-ın digər filiallarının yerləşdiyi müxtəlif ölkələrdə müxtəlif növ xidmətlər təklif edəcək.
Praqada Philips-in (Çexiya) ofisində qlobal əməkdaşlıq
müqaviləsinin imzalanmasında Philips Çexiya-nın direktoru cənab
Jakub Chvatal və Financial Chain Corporation-ın İdarəedici
tərəfdaşı cənab Zaur Qədirov, eləcə də, Financial Chain Corporation
Çexiya-nın regional meneceri cənab Teymur Axundov iştirak edib.
“Biz Philips kimi böyük və tanınmış şirkətlə xidmət müqaviləsi
bağlamaqdan çox məmnunuq”, - Financial Chain Corporation-ın
İdarəedici tərəfdaşı cənab Zaur Qədirov bildirib. - Bu müqavilə
çərçivəsində biz Çexiya, Azərbaycan, Gürcüstan, Özbəkistan və
Qazaxıstanda müxtəlif növ konsaltinq xidmətləri göstərəcəyik. Ümid
edirik ki, gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək və xidmət
göstərilməsi coğrafiyasını genişləndirə biləcəyik”.
Müqaviləyə imza atan tərəflər bir-birinə uğurlar arzulayıb, həmçinin gələcəkdə iki təşkilat arasında uzunmüddətli və ikitərəfli səmərəli əməkdaşlığa ümidvar olduqlarını bildiriblər.
Qlobal şirkət olaraq, Financial Chain Corporation müxtəlif ölkələrdə müxtəlif tanınmış şirkətlərlə əməkdaşlığı genişləndirməyə davam edir.