...

İki aya BTQ-nin modernləşdirilməsi başa çatacaq

İqtisadiyyat Materials 2 Mart 2024 16:26 (UTC +04:00)
İki aya BTQ-nin modernləşdirilməsi başa çatacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin əvvəllərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov söyləyib.

Onun sözlərinə görə, yolun tam modernləşdirilməsi və buraxıcılıq gücünün 5 milyon tona çatdırılması istiqamətdə görülən işlərin 95 faizə qədəri artıq başa çatdırılıb. Qardaşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub.

"Layihə 5 mərhələdən ibarət olub və artıq onun 3 mərhələsi başa çatdırılıb. Bununla bağlı Gürcüstan tərəfindən müvafiq təstiqedici sənədlər alınıb. Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir. Qalan işlərin də 2 ay ərzində başa çatdırılması nəzərdə tutulub", - deyə R.Rüstəmov vurğulayıb.

Bildirilib ki, Orta Dəhlizin ən önəmli hissələrindən birini təşkil edən BTQ Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.

BTQ dəmir yolu xəttinin qarşıdakı aylarda istifadəyə veriləcəyi andan etibarən, bu marşrutla kifayət qədər böyük həcmdə Avropa və Çin yüklərinin gətirilməsi üzərində işlər aparılır: "Bu yolun ölkəmizə gətirəcəyi ən böyük faydalardan biri məhz tranzit yüklərin həcminin artırılması olacaq”.

Xəbər lenti

Xəbər lenti