...

Energetika naziri Yaşıl Hidrogen Sammitində və IRENA Assambleyasının 14-cü sessiyasında iştirak edəcək

İqtisadiyyat Materials 15 Aprel 2024 12:10 (UTC +04:00)
Energetika naziri Yaşıl Hidrogen Sammitində və IRENA Assambleyasının 14-cü sessiyasında iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək Dayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyasında iştirak edəcək.

Trend xəbər verir ki, Energetika nazirinin Yaşıl Hidrogen Sammiti çərçivəsində “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” adlı nazirlər panelində məruzəçi qismində iştirakı, IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində isə IRENA Fəaliyyət Koalisiyasının “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqunda və “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusu üzrə yüksək səviyyəli plenar sessiyada çıxışı nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti