...

Ötən ilin büdcə gəlirləri 16,1 faiz çox olub

İqtisadiyyat Materials 23 May 2024 11:08 (UTC +04:00)

Bakı. Trend:

2023-cü il icmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 6951,4 milyon manat və ya 16,1 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

İcmal büdcənin xərcləri 41269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2 faiz az icra edilsə də, 2022-ci illə müqayisədə isə 5274,5 milyon manat və ya 15,0 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti