...

AİB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb

İqtisadiyyat Materials 17 İyul 2024 07:01 (UTC +04:00)
AİB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Asya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4,3 %-dən 4,5 %-ə, 2025-ci ildə isə 5 %-dən 5,1%-ə artırıb.

Trend xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri” hesabatının iyul sayında deyilir.

“Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4,3 % böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8,8 % təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır”, - hesabatda bildirilir.

Hesabata görə, qızıl satışı da daxil olmaqla ixracatın kəskin artması səbəbindən Tacikistan 2024-cü ilin birinci rübündə 8,2 % templə güclü artımını davam etdirib. Türkmənistanda artım dövlət investisiyaları və xalis qaz ixracı ilə təmin edilir. Özbəkistanda əsas kapitala investisiyaların artması 2024-cü ilin birinci rübündə 6,2 % artıma səbəb olub.

Xəbər lenti

Xəbər lenti