Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 828 milyon manat olub.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub. Bu da ümumi dövriyyənin 60,6 faizini təşkil edib.
