...

Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi məlum olub

İqtisadiyyat Materials 10 Sentyabr 2024 10:30 (UTC +04:00)
Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti