Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar 14,3 milyon manat təşkil edib.
Trend xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.
8 ay ərzində 10,3 milyon manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 21,1 dəfə çoxdur.