Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “Binance İnvestments Co. şirkətinin Baş Marketinq direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in xəbərinə görə, görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Tərəflər mümkün əməkdaşlıq, o cümlədən, universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri, milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələləri müzakirə ediblər.