...

Mərkəzi Bankdan maliyyə sanksiyaları barədə AÇIQLAMA

İqtisadiyyat Materials 1 Oktyabr 2024 12:59 (UTC +04:00)
Mərkəzi Bankdan maliyyə sanksiyaları barədə AÇIQLAMA
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarısında Azərbaycanda ümumi məbləği 135 609 manat olan maliyyə sanksiyaları tətbiq edilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin Mahmudzadə Bakıda 2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi hesabatının təqdimatı zamanı bildirib.

"Bu ilin birinci yarısında maliyyə sektorunda 18 yoxlama aparılıb və 47 nəzarət tədbiri həyata keçirilib. Qeyd olunan pozuntular nəticəsində ümumi məbləği 135 609 manat olan maliyyə sanksiyaları tətbiq edilib. Bundan əlavə, lisenziyaların ləğvi, dayandırılması və ya fəaliyyətlərinə məhdudiyyət qoyulması da daxil olmaqla 37 qurumla bağlı sərt tədbirlər görülüb", - o, deyib.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən bazarın 5 subyektinə icrası məcburi olan müvafiq göstərişlər verilib və 189,7 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib.

Xatırladaq ki, Dövlət Xidməti 2023-cü ildə 24 bazar subyektinə maliyyə sanksiyaları tətbiq edib və sanksiyaların həcmi 649,6 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti