...

Füzulinin Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək

İqtisadiyyat Materials 9 Oktyabr 2024 16:06 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Füzuli rayonunun Dövlətyarlı kəndinin yenidənqurulmasına 97,2 milyon manat xərclənəcək.

Trend xəbər verir ki, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tenderin qalibi "TVM İNŞAAT” MMC olub.

Qalib seçilən şirkət Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması işlərini həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti