...

Azərbaycanda bu ilin sonuna qədər dövlət xidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsi planlaşdırılır

İqtisadiyyat Materials 10 Oktyabr 2024 14:09 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna qədər dövlət xidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsi planlaşdırılır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ilin sonuna qədər vətəndaşlara təqdim olunan dövlət xidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti rəqəmsallaşmanı ölkənin rəqəmsal transformasiya strategiyasının təməli kimi tanıyır. “MyGov” tətbiqi vətəndaşlar və hökumət arasında əlaqələrin transformasiya prosesinin bir hissəsidir.

“MyGov platforması vətəndaşlara şəxsi məlumatlarını idarə etməyə imkan tanıyır ki, bu da müasir dünyada məlumatların qorunması kontekstində xüsusilə aktualdır. Bu, istifadəçilərə dövlət orqanları ilə əlaqə prosesini idarə etməyə, hansı təşkilatların və nə vaxt onların məlumatını istədiklərini izləməyə imkan verir.

Hazırda platformadan 600 min nəfər istifadə edir. İlin sonuna qədər fiziki xidmətlərin 15 faizini rəqəmsal formata keçirməyi planlaşdırırıq”, - o qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti