Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Türkmənistana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq, 16,8 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyədən Türkmənistana 2,8 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 27,9 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.