...

Orta Dəhlizin canlandırılması böyük əhəmiyyətə malikdir - Murat Emir

İqtisadiyyat Materials 7 Dekabr 2024 12:06 (UTC +04:00)
Orta Dəhlizin canlandırılması böyük əhəmiyyətə malikdir - Murat Emir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salmışdı.

Trend xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Cümhuriyyət Xalq Partiyasının Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir deyib.

O bildirib ki, bu, Cənubda da təchizat zəncirinə mane olmuşdu.

"Buna görə də Orta Dəhlizin - Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyətə malikdir. Bakı-Tblisi-Ceyhan dəmiryolu xətti daşımaların davamlı olmasına öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması ilə bu fəaliyyət daha da əhəmiyyətli hal alacaq. - deyə Murat Emir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti