...

“S&P" Azərbaycanın bank sektoru ilə bağlı 2025-ci il üzrə proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 17 Fevral 2025 12:12 (UTC +04:00)
“S&P" Azərbaycanın bank sektoru ilə bağlı 2025-ci il üzrə proqnozlarını açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global” beynəlxalq reytinq agentliyi 2024-cü ildə olduğu kimi bu il ərzində də Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların fəaliyyətinin dayanıqlı olacağını proqnozlaşdırır.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, kreditləşmənin ikirəqəmli artımı (15%) və aktivlərin sabit keyfiyyəti regionda bankların kapitalının rentabelliyini və səviyyəsini dəstəkləməyə davam edəcək: “Bölgədə hələ də əlverişli iqtisadi artım perspektivləri, yüksək kredit tələbi, xüsusən də pərakəndə satış seqmentində sağlam maliyyələşdirmə və likvidlik göstəriciləri və möhkəm gəlirlilik fonunda sabit kapital buferləri 2025-ci ildə reytinqləri dəstəkləyəcək.

Qazaxıstan və Azərbaycanda tənzimləyici nəzarət son bir neçə ildə xüsusilə möhkəmlənmişdir.

Rusiya və Ukrayna müharibəsi ilə insan və kapital axını Azərbaycan və Qazaxıstanda daha az nəzərə çarpır və bu ölkələrdə iqtisadi artıma daha az maddi təsir göstərir.

2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində son iki il ərzində Azərbaycanda maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin müasirləşdirilməsi üzrə bir sıra təşəbbüslər irəli sürülüb”.

Qeyd olunub ki, əsas risklərə artmış geosiyasi gərginliklər, bizim əsas vəziyyətimizdə gözlədiyimizdən daha nəzərə çarpacaq qlobal və ya regional iqtisadi yavaşlama, pərakəndə kreditləşmədə kəskin artım, balanssızlıqları artıra biləcək mənzil qiymətlərində sürətli artım və rəqəmsallaşma, iqlim dəyişikliyi və kiber təhdidlərlə bağlı artan risklər daxildir.

“Azərbaycanda bankların kredit portfelinin neft qiymətləri səbəbindən 2025-ci ildə təxminən 15% artaracağını proqnozlaşdırırıq. Azərbaycanda özəl sektorun borc yükü region ölkələr arasında ən aşağı səviyyədə qalır, burada ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10%-dir. 2025-ci il martın 1-dən etibarən, Mərkəzi Bank əlavə 0.5% əks-tsiklik kapital buferi tələb edəcək, çünki kredit boşluğu göstəricisi (kreditin ÜDM-ə nisbətinin uzunmüddətli trenddən fərqi) 2%-dən çoxdur.

İnflyasiyaya uyğunlaşdırılmış ev qiymətlərinin 2025-ci ildə təxminən 5%-10% artacağını proqnozlaşdırırıq”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti