Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 3 milyard 978 milyon kubmetr təbii qaz istehsal edilib.
Trend-in Dövlət Statistik Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% və ya 274 milyon kubmetr azdır. Belə ki, ötən ilin ilk ayında Azərbaycanda 4 milyard 252 milyon kubmetr təbii qaz istehsal edilib.
Ötən ay istehsal edilmiş təbii qazın 3 milyard 112 milyon kubmetri əmtəəlik qaz olub ki, bu da, illik müqayisə 157 milyon kubmetr və ya 4,8% azdır. 2024-cü ilin yanvarında Azərbaycanda 3 milyard 269 milyon kubmetr əmtəəlik təbii qaz hasil edilib.