...

Azərbaycandan İsrailə məhsul ixracı 36 dəfədən çox azalıb

İqtisadiyyat Materials 25 Fevral 2025 12:53 (UTC +04:00)
Azərbaycandan İsrailə məhsul ixracı 36 dəfədən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 9,8 milyon ABŞ dolları olub.

Trend-in Dvölət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 240,8 milyon ABŞ dolları və ya 30,5 dəfə azdır. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 300,6 milyon ABŞ dolları olub.

Ötən ay Azərbaycandan İsrailə ixracın dəyəri 8,1 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 291 milyon ABŞ dolları, yaxud da 36,7 dəfə azdır. Ötən ilin yanvarında Azərbaycandan İsrailə ixracın dəyəri 299,1 milyon ABŞ dolları olub

Bəhs olunan dövrdə İsraildən Azərbaycana idxalın dəyəri 1,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 239 min ABŞ dolları və ya 16,3% çoxdur. 2024-cü ilin yanvar ayında İsraildən Azərbaycana idxalın dəyəri 1,5 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 765,2 milyon ABŞ dolları olub. Bunun 733,5 milyon ABŞ dolları ixracın, 31,7 milyon ABŞ dolları idxalın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti