...

Keçmiş məhkumdan 8 kiloqram narkotik götürülüb (FOTO/VİDEO)

Hadisə Materials 25 Fevral 2025 08:38 (UTC +04:00)
Keçmiş məhkumdan 8 kiloqram narkotik götürülüb (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti